AŞPA-dan Azərbaycanda keçiriləcək seçkiləri ilə bağlı AÇIQLAMAbackend

AŞPA-dan Azərbaycanda keçiriləcək seçkiləri ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.

33 nəfərlik AŞPAmüşahidə missiyasına rumıniyalı parlamentar Viorel Rişard Badea sədrlik edir. Nümayəndə heyəti ATƏT PA və ATƏTDTİHB ilə birlikdə Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

AŞPA müşahidə missiyası aprelin 11-də keçiriləcək səsvermə günündən öncə namizədlər və ya onların nümayəndələri, siyasi partiya liderləri, Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşməyi, həmçinin vətəndaş cəmiyyəti üzvləri və media ilə dəyirmi masa keçirməyi planlaşdırır.

Məlumata əsasən Venesiya Komissiyasının üzvü də səfər zamanı nümayəndə heyətinin tərkibində olacaq.

Müşahidəçilər ilkin rəylərini aprelin 12-də keçiləcək birgə mətbuat konfransında açıqlayacaqlar.

Beləliklə, AŞPA-nın 33 nəfərlik seçkiləri müşahidə missiyasının tərkibi belədir:

Avropa Xalq Partiyası Qrupu (EPP/CD)

Viorel Riceard BADEA, Rumıniya

Şaban DİŞLİ Türkiyə

Nicole DURANTON, Fransa

Giuseppe GALATI, Italiya

Valeriu GHILETCHI, Moldova Respublikası

Marija OBRADOVIĆ, Serbiya

Aleksander POCIEJ, Polşa

Egidijus VAREIKIS, Litva

Sosialist Partiyası (SOC)

Frank SCHWABE, Almaniya

Marianne MIKKO, Estoniya

Adriana Diana TUŞA, Rumıniya

Thorhildur Sunna ÆVARSDÓTTIR, İslandiya

Pierre-Alain FRIDEZ, İsveçrə

Angela SMITH, Böyük Briyaniya

José CEPEDA, İspaniya

Luis Alberto ORELLANA, Italiya

Daniela WAGNER, Almaniya

Antonio GUTIÉRREZ, İspaniya

Avropa Mühafizəkarlar Qrupu (EC)

Dominik TARCZYŃSKI, Polşa

Tom PACKALÉN, Finlandiya

Suat ÖNAL, Türkiyə

Lord David BLENCATHRA, Böyük Britaniya [registered disabled]

Ms/Mme Sian BLENCATHRA [official disabled assistant to Lord Blencathra]

Mr/M. Arkadiusz MULARCZYK, Polşa

Józef LEŚNIAK, Polşa

Avropa Liberallar və Demokratlar Alyansı (ALDE)

Alfred HEER, İsveçrə

Dzheyhan IBRYAMOV, Bolqarıstan

Claude KERN, Franca

Mart van de VEN, Hollandiya

Birləşmiş Avropa Solçular Qrupu (UEL)

Petter EIDE, Norveç

Feleknas UCA, Türkiyə

Azad Demokratlar Qrupu (FDG)

Adele GAMBARO, Italiya

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri

Stefan Şennak, Avstriya

Sezar Florin Preda, Rumıniya

Avropa Şurası Venesiya Komissiyası

Eirik HOLMØYVIK, Norveç (aletrnativ üzv)

İnterpress.az