Ermənistanda Serj Sarqsyana qarşı cinayət işinin açılmasını tələb edirlərbackend

Ermənistanda Serj Sarqsyana qarşı cinayət işinin açılmasını tələb edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “Report” Ermənistan KİV-inə istinadən məlumat yayıb. Belə ki, A.Sakunts sabiq dövlət başçısını 10 müxtəlif cinayətdə günahlandırıb.

A.Sakunts deyib ki, 2008-ci il martın 1-də dinc mitinqçilərə qarşı qanunsuz olaraq silah tətbiq olunub və nəticədə Ermənistanın onlarla günahsız vətəndaşı qətlə yetirilib: “İndiyə qədər həmin qətllərə siyasi qiymət verilməyib və heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb”.

Assambleya sədri vurğulayıb ki, son 10 ildə Ermənistanın xarici borcu 1,5 milyard dollardan 7 milyard dollar çatıb. Bundan başqa, ölkə əhalisinin 30 faizi yoxsullaşıb: “Rəsmi məlumatlara əsasən, Ermənistanın 350 min vətəndaşı qayıtmamaq şərti ilə ölkədən birdəfəlik gedib.

Korrupsiya ölkədə sistemləşib. 2008 və 2013-cü ildə keçirilən prezident, 2012 və 2017-ci illərdə baş tutan parlament seçkilərinin nəticələri saxtalaşdırılıb”.

O vurğulayıb ki, 2016-cı ilin aprel ayında Dağlıq Qarabağda Azərbaycan və Ermənistan orduları arasında baş verən döyüşlərdə xeyli sayda erməni hərbçisi ölüb. A.Sakunts bildirib ki, S.Sarqsyan prezident kimi həmin itkilərə görə məsuliyyət daşıyır: \”Amma o, bu faktların heç birinin araşdırlmamasını təmin etməyib”.

İnterpress.az