İnterpress.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, bu bəyanat anti-Azərbaycan qüvvələrin, o cümlədən ermənilərin puluna satın alınmışların əvvəlcədən tərtib etdiyi kağız parçasıdır.
Z. Əsgərov qeyd edib ki, Azərbaycanda hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır: \”Xalq öz iradəsini 11 apreldə tam azad şəkildə ifadə etdi. Xalqın iradəsini şübhə altına alanlar isə yalnız şarlatanlardır\”.
İnterpress.az