BƏƏ-nin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edibbackend

BƏƏ-nin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri xalqının Azərbaycan xalqının sevincinə şərik olduğunu dost xalqınıza çatdırmağı xahiş edirəm.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, davamlı uğurlar, dost xalqınıza isə xeyir-bərəkət və əmin-amanlıq arzu edirəm.

Xahiş edirəm, səmimi salamlarımı, ən yüksək ehtiramımı qəbul edin”.

İnterpress.az