İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə \”Rusiya Dəmir Yolları\”nın baş direktorunun müavini Aleksandr Mişarin deyib:
\”Biz hazırda belə bir operatorun yaradılması variantlarını müzakirə edirik. Bu, Rusiya-İran hökumətlərarası komissiyasında təqdim edilib. Bu gün biz bununla bağlı iranlı, eləcə də azərbaycanlı həmkarlarımızla danışıqlar aparırıq\”.
Mişarinin sözlərinə görə, Hindistanla da danışıqlar aparılır.
Qeyd edək ki, \”Şimal-Cənub\” nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirməyə, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirməyə yönəlib. Birinci mərhələdə, dəhliz vasitəsilə ildə 5 milyon, daha sonra isə 10 milyon tondan çox yük daşınması nəzərdə tutulur. ( trend.az )
İnterpress.az