İnterpress.az xəbər verir ki, bu barədə \”Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub.
Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.
O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.
Xatırladaq ki, H. Abdullayev bir neçə ildir Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.
İnterpress.az