Sarkisyanın istefa verdiyi gün anası vəfat edibbackend

Sarkisyanın istefa verdiyi gün anası vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, siyasətçinin anasının ölümü barədə Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin məlumat verib.

Parlamentari qeyd edib ki, anasının ölümü Sarkisyanın istefaya getməsinin səbəblərindən biri olub.

Ermənistan KİV-inin məlumatına görə, Nora Sarkisyan oğlunun baş nazir postunu tutmasına qarşı çıxırdı.

Xatırladaq ki, Serj Sarkisyan çoxminlik etirazçıların nümayişləri fonunda aprelin 23-də Ermənistanın baş naziri vəzifəsindən istefa verib.

İnterpress.az