\”Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümüdür. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm\”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, Azərbaycan sərhədlərinin müəyyən edilməsi yolunda Qafqaz İslam Ordusu da iştirak edib: \”Bu il ərzində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə bağlı silsilə tədbirlər keçiriləcək\”.
İnterpress.az