San Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzi Azərbaycana rəsmi səfərə gələcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, səfər mayın 2-də başlayacaq.
Səfər çərçivəsində N.Renzinin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü planlaşdırılır.
Səfər mayın 3-də başa çatacaq.
İnterpress.az