Bunu Milli Məclisin (MM) İnsan hüquqları ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
O, bəzi masaj salonlarının fəaliyyəti ilə bağlı narazılığını bildirib:
“Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər. Bunların qarşısı alınmalıdır, çox ciddi nəzarət edilməlidir. Azərbaycan mənim nəzərimdə dünyanın “ən göyçək fatması”dır. Mənim dövlətimdən namuslu-qeyrətli dövlət ola bilməz. Milli-mənəvi dəyərləri qorumalıyıq”.
Deputat Fəzail Ağamalı həmkarının mövqeyini dəstəkləyib.
O bildirib ki, qanun çərçivəsində belə şeylərin qarşısını almaq lazımdır:
“5-10 manata görə dəyərlərimizi aşağılaya bilmərik”.
Deputat xüsusilə ərəb turistlərlə bağlı sərt ifadələr səsləndirib, onları “tör-töküntü” adlandırıb. ( oxu.az )
İnterpress.az