Bu gün Mersində Heydər Əliyevin 95 illiyi ilə əlaqədar təntənəli tədbir keçiriləcəkbackend

Bu gün Mersində Heydər Əliyevin 95 illiyi ilə əlaqədar təntənəli tədbir keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə musavat.com-a Xətai rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata gör, bu gün Xətai rayonunun qardaşlıq münasibətləri qurduğu Türkiyənin Mersin vilayətinin Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin doğum gününün 95-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov, millət vəkili Hüseynbala Mirələmov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Mersin Böyükşəhər Bələdiyyəsinin Başqanı Burhanəttin Koçamaz,Tarsus Bələdiyyə Başkanı Şövkət Can və digər rəsmi qonaqlarla yanaşı Mersində və ətraf Universitetlərdə təhsil alan tələbələr və iş adamları da iştirak edəcək.

Tədbir Türkiyə vaxtı ilə saat 16:30-da Tarsus şəhərindəki Heydər Əliyevin adını daşıyan parkda təşkil olunacaq.

Anım mərasiminə Türkiyə mətbuatında xüsusi diqqət ayrılıb.

Bu gün Mersində Heydər Əliyevin 95 illiyi ilə əlaqədar təntənəli tədbir keçiriləcək

Bu gün Mersində Heydər Əliyevin 95 illiyi ilə əlaqədar təntənəli tədbir keçiriləcək

İnterpress.az