Milli Məclisin iclası başladıbackend

Milli Məclisin iclası başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iclasa sədrliyi Milli Məclisin spikeri Oqtay Əsədov edir. Spiker bildirib ki, iclasın gündəliyinə 23 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

– “Deputatın statusu haqqında” qanuna dəyişiklik;

– İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında;

– \”Torpaq islahatı haqqında\” qanuna dəyişiklik;

– Torpaq Məcəlləsinə dəyişiklik ;

– \”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında\” qanuna dəyişiklik;

– \”Kütləvi informasiya vasitələri haqqında\” qanuna dəyişiklik;

– \”İctimai televiziya və radio yayımı haqqında\” qanuna dəyişiklik;

– \”Bank olmayan kredit təşkilatları haqqında\” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;

– \”İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında\” qanuna dəyişiklik;

– \”Qiymətli kağızlar bazarı haqqında\” qanuna dəyişiklik;

– \”Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında\” qanuna dəyişiklik;

– \”Müəllif hüququ və əlaqəli hüquqlar haqqında\” qanuna dəyişiklik;

– \”İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında\” qanuna dəyişiklik;

– \”Mədəniyyət haqqında\” qanuna dəyişiklik;

– \”Məlumat toplularının hüquqi qorunması haqqında\” qanuna dəyişiklik;

– \”Memarlıq fəaliyyəti haqqında\” qanuna dəyişiklik;

– \”Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında\” qanuna dəyişiklik;

– \”Mühasibat uçotu haqqında\” qanuna dəyişiklik;

– \”Sosial sığorta haqqında\” qanuna dəyişiklik;

– \”Əlilliyi olan şəxslərin hüquqları haqqında\” qanun layihəsi ikinci oxunuşda.

İnterpress.az