Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, X.Xələfov Cenevrədə İnsan Hüquqları Şurasının İşçi Qrupunun 30-cu sessiyasında Universal Dövri Hesabat çərçivəsində Azərbaycanla bağlı hesabatın müzakirəsində iştirak edəcək.
Azərbaycanla bağlı hesabat mayın 15-də müzakirə olunacaq.
Qeyd edək ki, bu, Universal Dövri Hesabat çərçivəsində üçüncü hesabat olacaq.
İnterpress.az