İnterpress.az İran mətbuatına istinadən bildirir ki, sərhədə topçu birlikləri yerləşdirilib.
İran ordusunun 33-cü topçu birliyinin komandanı Möhsün Azər Əfruz bu barədə məlumat verib. Komandirin sözlərinə görə, Tehrandakı birlik artıq İran – İraq sərhədinə göndərilib.
İŞİD-in İran sərhədinə 48 kilometr məsafəyə qədər yaxınlaşdığını deyən Azər Əfruz “Qırmızı xətt olaraq qeyd etdiyimiz 40 kilometrlik məsafəyə yaxınlaşsalar hədəfə götürüləcəklər” deyə vurğulayıb.
İnterpress.az