Maaş artımı 30 minədək müəllimə şamil olunacaqbackend

Maaş artımı 30 minədək müəllimə şamil olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sərəncam diaqnostik qiymətləndirməyə cəlb olunan 30 minə yaxın müəllimə şamil olunacaq. Bu sərəncamdan irəli gələrək məktəblərdə dərs yükü norması 12 saatdan 18 saata qaldırılacaq. Sərəncam sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı olmayaraq, hər kəsə şamil ediləcək.

C. Valehovun sözlərinə görə, bu sərəncam müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcək: \”Bildiyimiz ki, Azərbaycan dövləti sosial sahəni prioritet elan edib. Prezidentin bu sərəncamı humanist addımdır. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, müəllimlərin maaşlarının artırılması hesabına müəllimlərimizin dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları 2 dəfə artırılacaq. Bu tədbir Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası sənədindən qaynaqlanır. Bu sənədə uyğun olaraq ötən ilin yayında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirlməsi həyata keçirilib\”. ( apa )

İnterpress.az