Kobanidə ölü sayı açıqlandıbackend

Kobanidə ölü sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya İnsan Haqları Müşahidəsi qrupunun açıqlamasında bildirilir ki, Türkiyə-Suriya sərhədindəki Kobani şəhərində İŞİD terror qruplaşması ilə PKK-nın Suriya qanadı olan YPG arasında gedən döyüşlərdə sentyabrın 16-dan bu günə qədər 1600-dan çox adam ölüb.

Ölənlərdən 1091-i İŞİD, 462-si isə YPG silahlısıdır. Açıqlamada o da bildirilir ki, bu statistikaya anti-İŞİD koalisiyasının bombardmanı zamanı ölən İŞİD silahlıları daxil edilməyib. Bu, İŞİD-çilərdən 49-u sui-qəsd hücumları həyata keçirərkən ölüb

Ölənlər arasında 32 nəfərin mülki şəxs olduğu bildirilir.

Qeyd edək ki, Kobanidə YPG ilə İŞİD yaraqlıları arasında döyüşlər hələ də davam edir (ans).

İnterpress.az