İnterpress.az xəbər verir ki, Yaxın Şərqdə sülhü təmin etmək üçün Fələstin problemini həll etmək lazımdır.
Bunu Türkiyə baş naziri Əhməd Davudoğlu deyib.
“İsrailin provakativ hərəkətləri islam dünyasında məyusluğa səbəb olur və radikal trendlərin ortaya çıxmasına şərait yaradır.
İsrail prezidenti Benyamin Netenyahu və onun ordusu uşaqları meydançalarda öldürüb.
Onlar bizim və ABŞ-ın vətəndaşlarını beynəlxalq sularda öldürüb. Bu terrorizmdir. Və heç kim Qüdsdəki Əl-Aksa məscidinə qarşıİsrail aqresiyasını inkar etmir”.
Davudoğlunun sözlərinə görə, Yaxın Şərqdə barış və ektremist qrupların neytrallaşması Fələstin probleminin həlli olmadan və Fələstin dövləti yaradılmadan mümkün deyil. Baş nazir netanyahunu Parisdə jurnala hücum edən terrorçularla eyniləşdirib.
İnterpress.az