İnterpress.az xəbər verir ki, NASA və ABŞ-ın Milli Okeaniya və Atmosfer İdarəsi (NOAA) belə bir qənaətə gəliblər ki, 2014-cü il elmi qeydlərin aparıldığı 1880-ci ildən bu yana ən isti il olub.
Belə ki keçən il 2005 və 2010-cu ilin rekordlarından və 38 ilin ortalamasından 0,04 dərəcə daha çox olub.
Cənubi Amerika, Çin, Rusiya və Avropadakı istilik 20-ci əsrin ortalamasından 0,69 dərəcə yüksək olub.
NASA-ya bağlı Qoddart Kosmik araşdırmalar institutunun direktoru Qevin Şmit araştırmayla bağlı açıqlamasında deyib ki, işinmə daha çox okeanlarda olub.
Ümumdünya Meteorologiya Təşkilatının hesablamalarına görə Yaponiyanın şərqində avqust ayında qeydə alınan tarixdən bu yana ən çox yağıntı düşsə də ABŞ-ın Qərbi, Çin, Yaxın Şərq və Cənubi Amerikanın bir hissəsində quraqlıq baş verib.
İnterpress.az