İnterpress.az xəbər verir ki, bu barədə “QHA-Krım Xəbər Agentliyi” məlumat yayıb.
Ukraynanın Baş naziri Vladimir Qroysman və Gürcüstan Baş naziri Mamuka Baxtadze pasportsuz olaraq, yeni şəxsiyyət vəsiqələri ilə iki ölkə arasında səyahət imkanları təmin edəcək müqavilə imzalayıb.
Gürcüstanda rəsmi səfərdə olmuş V.Qroysman Twitter mikrobloqundan etdiyi paylaşımla Ukrayna və Gürcüstan arasında qarşılıqlı şəkildə vizanın aradan qaldırılması ilə bağlı anlaşma imzaladıqlarını bildirib.
İnterpress.az