AFFA-nın növbəti Hesabat Konfransının vaxtı, yeri və gündəliyi müəyyənləşib.
İnterpress.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclas martın 4-də \”Hilton\” otelində keçiriləcək. Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması
– Digər məsələlər
Girişi dəvətnamə ilə olacaq Konfransdan sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək.
İnterpress.az