ABŞ-da qripə qarşı universal peyvəndinin klinik sınaqlarına başlanılıbbackend

ABŞ-da qripə qarşı universal peyvəndinin klinik sınaqlarına başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ mütəxəssisləri qripə qarşı peyvəndinin birinci mərhələsinin klinik sınaqlarına başlayıblar.

Bu barədə Səhiyyə və Sosial Xidmətləri Departamentinin yanında Milli Sağlamlıq İnstitutunun saytında bildirilib.

Məlumata əsasən, mütəxəssislər peyvəndin bir sıra ştammlara qarşı effektiv olacağına ümid edirlər.

18-55 yaş arası sağlam könüllülər Vaşinqtonun Betesd (Meriland ştatı) şəhərətrafı qəsəbəsində bu dərmanla peyvənd olunmağa başlayiblar. Bu mərhələdə yeddi ay davam edəcək sınaqlarda 100-ə qədər insanın iştirakı gözlənilir.

Mütəxəssislər mütəmadi olaraq könüllülərin immun sisteminin necə reaksiya verdiyini yoxlayacaqlar.