ABŞ-ın Ohayo ştatında supermarketə silahlı hücum təşkil edən şəxs 4 nəfəri yaraladıqdan sonra intihar edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yerli polisin verdiyi açıqlamada, təcavüzkarın ABŞ-ın ən böyük zəncir supermarketi olan Walmartın filialına girdiyi və atəş açaraq 4 nəfərin yaralandığı bildirilib.
Hücum edənin daha sonra intihar etdiyini bildirən polis yaralıların vəziyyəti ilə bağlı məlumat verməyib. Hadisə ilə bağlı istintaq davam edir.