ABŞ-da yaşayan azərbaycanlı Nofəl Əliyevdən maraqlı aksiyabackend

ABŞ-da yaşayan azərbaycanlı Nofəl Əliyevdən maraqlı aksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaricdə yaşayan soydaşlarımız Ermənistanın bütün cəbhəboyu genişmiqyaslı hərbi hücumuna özünümüdafiə əməliyyatları ilə cavab verən və əks-həmlə ilə torpaqlarımızın işğaldan azad olunması naminə rəşadət göstərən Azərbaycan silahlı qüvvələrinə və Azəbaycan dövlətinə dəstək məqsədilə müxtəlif aksiyalar keçirir.

İnterpress.az xəbər verir ki, belə aksiyalardan biri də ABŞ-ın Massaçusets ştatının Boston şəhərində təşkil olunub.

ABŞ-ın Nyu-York ştatında yaşayan iş adamı Nofəl Əliyevin təşəbbüsü və dəstəyilə Led ekran quraşdırılmış yük maşını Boston şəhərinin mərkəzində hərəkət edib. Bu zaman ekranda “Mən Azərbaycandanam və mənim ərazilərimin 20%-i Ermənistan dövləti tərəfindən işğal olunub” yazısı əks olunub.

Xatırladaq ki, bu, Nofəl Əliyevin təşkil etdiyi növbəti aksiyadır. Ermənistanın 12 iyul təxribatları zamanıda soydaşımızın təşəbbüsü ilə led ekranında “Qarabağ Azərbaycandır!” şüarı əks olunmuş avtomobil Nyu-York şəhərinin mərkəzində, o cümlədən Times Square meydanında hərəkət edib.

 

İnterpress.az