ABŞ-də VƏHŞİLİK: Əlil arabasında olan insanı “Molotov kokteyli” ilə YANDIRDILAR – VİDEObackend

ABŞ-də VƏHŞİLİK: Əlil arabasında olan insanı “Molotov kokteyli” ilə YANDIRDILAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də naməlum şəxs əlil arabasındakı insanın üzərinə “Molotov kokteyli” atıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

ABŞ-də dəhşətli və sarsıdıcı hadisə baş verib. Küçə ilə gedən naməlum şəxs yol kənarında əlil arabasında oturan bir nəfəri görüb. O, heç tərəddüd etmədən üzərində gəzdirdiyi “Molotov kokteyli”ni alışdıraraq birbaşa əlil arabasındakı insanın üzərinə atıb.

Alovlar içində qalan zərərçəkmiş xilas olmağa çalışsa da, təcavüzkar ona yaxınlaşaraq yenidən alovun içinə itələyib. Nəticədə əlil arabasındakı şəxs yerə yıxılıb və ağır yanıq xəsarətləri alıb.

Hadisəni törədən şəxs qısa müddətdə polis tərəfindən saxlanılıb. İstintaq zamanı o, qurbanını əvvəllər heç vaxt tanımadığını etiraf edib.

Cinayətkar bu qorxunc əməli sadəcə “gülməli göründüyü üçün” etdiyini bildirib. Faktla bağlı cinayət işi açılıb, cinayətkarı ağır həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az