Hakerlər ABŞ-nin hava limanı sistemini sındıraraq Fələstin tərəfdarı mesajlar səsləndiriblər.
İnterpress.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.
Naməlum hakerlər Pensilvaniya ştatının Harrisburq hava limanında ictimai çıxış sistemini sındıraraq, Fələstin tərəfdarı şüarlar və ABŞ və İsrail liderlərinin ünvanına təhqirlər səsləndiriblər.
Hadisə bir neçə dəqiqə davam edib, bundan sonra sistem bağlanıb.
Xuraman Etibarlı
İnterpress.az






