ABŞ hərbçiləri ilk dəfə Gürcüstanın Müstəqillik Günü paradında iştirak etməyiblərbackend

ABŞ hərbçiləri ilk dəfə Gürcüstanın Müstəqillik Günü paradında iştirak etməyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusunun şəxsi heyəti bir neçə ildən sonra ilk dəfə Gürcüstanın Müstəqillik Günü münasibətilə Tbilisidə Azadlıq meydanında keçirilən hərbi paradda iştirak etməyib.

Bu barədə İnterpress.az Gürcüstan mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, ötən illərdə ABŞ hərbi qulluqçularından ibarət dəstə Gürcüstan ordusu hissələrinin nümayəndələri ilə birlikdə Azadlıq meydanındakı paradda yürüş edib.

Lakin bu il paradda yalnız Gürcüstan hərbçilərindən ibarət bölmələrin keçidi baş tutub.

Qeyd edək ki, mərasimdə Gürcüstan Baş naziri İrakli Kobaxidze, Prezident Salome Zurabişvili, parlament sədri Şalva Papuaşvili, eləcə də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin digər əməkdaşları, eləcə də digər ölkələrin diplomatik nümayəndəliklərinin üzvləri iştirak edirlər. Paradda ordunun arsenalındakı müxtəlif artilleriya sistemləri nümayiş olunur.

Xatırladaq ki, Gürcüstanla ABŞ arasında münasibətlər “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə soyuyub. Hətta Vaşinqton qanuna görə Gürcüstan hakimiyyətində təmsil olunan şəxslərə viza məhdudiyyətləri tətbiq etmək üçün yeni siyasətə keçdiyini bəyan edib.

Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.