ABŞ-ın Ukraynaya göndərəcəyi silahların adları məlum olubbackend

ABŞ-ın Ukraynaya göndərəcəyi silahların adları məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukraynaya ayırdığı 1,8 milyard dollar dəyərində yeni hərbi yardım paketinə daxil olan silahların adları məlum olub.

Yeni hərbi yardımda “Patriot” zenit-raket komplekslərinin batareyası, hava-yer sinfindən olan HARM raketləri, “HIMARS” reaktiv yaylım atəş sistemi üçün mərmilər, 37 ədəd 4×4 təkər formuluna malik “Cougar” MRAP (minaya qarşı qorumalı nəqliyyat vasitəsi) tipli hərbi nəqliyyat vasitəsi, “Qrad” yaylım atəşli reaktiv sistemi üçün 50 min ədəd mərmi, minlərlə artilleriya və minomyot mərmiləri var.

Qeyd olunub ki, paketə Ukrayna üçün yeni, təkmilləşdirilmiş müdafiə vasitələri daxildir. Belə ki, peyk vasitəsi ilə idarə olunan “JDAM” tipli yüksək dəqiqliyə malik bombalar Kiyevə təhvil veriləcək. Bu, Ukrayna Hərbi Hava Qüvvələrinə dəqiq zərbələr endirmək imkanı verəcək.

Yardım paketinə həmçinin 45 000 ədəd 152 mm mərmi, 20 000 ədəd 122 mm mərmi, 100 000 ədəd 125 mm tank mərmisi və 500 ədəd 155 mm yüksək dəqiqlikli artilleriya sursatı, 2,7 min ədəd atıcı silah, qumbaraatan minalar, peyk rabitəsi, gecə görmə cihazları və digər avadanlıqlar daxildir.