ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİbackend

ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sanksiya siyahısına Amerika tərəfinin fikrincə, İslam Respublikasının nüvə proqramı ilə bağlı olan bir fiziki və beş hüquqi şəxs daxildir.

Bu şəxslər İranın nüvə proqramına nəzarət edən əsas şirkətlərə dəstək verdiyi üçün sanksiyaya məruz qalıblar.

ABŞ administrasiyasına görə, sanksiya siyahısına daxil edilmiş şəxslər Tehranın nüvə silahı əldə etmək üçün istifadə etdiyi son dərəcə mühüm texnologiyaları təchiz edib və ya istehsal ediblər.

Xuraman Etibarlı

İnterpress.az