ABŞ kəşfiyyat orqanlarına peyk texnologiyaları haqqında məlumat ötürən Kalininqrad sakini həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə səlahiyyətlilər məlumat veriblər.
Kalininqrad məhkəməsi ABŞ kəşfiyyat orqanlarına peyk texnologiyaları haqqında məlumat ötürən müəssisələrdən birinin keçmiş əməkdaşını həbs edib.
Dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.
Kalininqrad sakini 2021-2023-cü illərdə ABŞ kəşfiyyat orqanları üçün tapşırıqları yerinə yetirib.
Xuraman Etibarlı
İnterpress.az