ABŞ-nin İraq və Suriyadakı hərbi bazalarına son günlər İraq “İslam müqavimət hərəkatı” və “Kətaib-Hizbullah” ümumilikdə 73 hücum edib.
İnterpress.az xəbər verir ki, məlumatı “Voanews” yayıb.
Bildirilib ki, ABŞ-nin İraqdakı hərbi bazasına 36, Suriyadakı hərbi hissəsinə isə 37 dəfə hücum olub.
Məlumata görə, hücum iranyönümlü silahlı qruplaşmalar tərəfindən edilib.
İnformasiyaya əsasən, bu hadisələr nəticəsində ABŞ hərbçiləri itki verməyib.