ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Putinin hesablamalarını dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus NewsNation-ın Trampın bu dəfə Putinin onu aldatmağa çalışmadığına necə əmin ola biləcəyi ilə bağlı sualına cavab olaraq deyib.
O qeyd edib ki, Kreml rəhbəri vaxt udmaq üçün tez-tez danışıqlar prosesini uzatmağa çalışır. Lakin bu dəfə ABŞ-nin mümkün sanksiyaları Rusiya liderinin hesablamalarını dəyişib.
“Biz görürük ki, bu, Putin üçün vaxt udmaq və vəziyyəti onun xeyrinə dəyişmək cəhdi ola bilər. Burada söhbət təkcə müharibədən deyil, həm də iqtisadiyyatdan gedir”, – Dövlət Departamentinin sözçüsü qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az