ABŞ Mərkəzi Asiya ölkələrinin vətəndaşlarının ABŞ-dan geri qayıtmasını maliyyələşdirdiyinə görə Özbəkistana təşəkkür edib.
İnterpress.az xəbər verir ki, bu barədə Amerika departamentinin bəyanatında deyilir.
ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Özbəkistan hökuməti ilə birgə Mərkəzi Asiya ölkələrindən Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan 100-dən çox qeyri-qanuni immiqrantı uğurla deportasiya edib.
“Özbəkistanın öz vətəndaşlarının deportasiyasını tam şəkildə maliyyələşdirdiyi bu əməliyyat ölkələrimiz arasında dərin təhlükəsizlik əməkdaşlığını vurğulayır və ABŞ müttəfiqləri üçün standartı müəyyən edir.
Biz Özbəkistan Prezidenti Mirziyoyevə 131 qeyri-qanuni immiqrantı öz ölkələrinə qaytarmaq üçün təyyarə göndərməkdə göstərdiyi liderliyə görə təşəkkür edirik”, – ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib.
Bundan əvvəl Özbəkistan Xarici İşlər Nazirliyi aprelin 30-da 100-dən çox vətəndaşın vətənlərinə qaytarılması üçün xüsusi çarter reysi təşkil edəcəyini açıqlamışdı.
Xuraman Etibarlı
İnterpress.az