ABŞ Tacikistana 60 milyonluq yardım ayıracaqbackend

ABŞ Tacikistana 60 milyonluq yardım ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar təhlükəsizlik sektoruna yardım etmək üçün iki il ərzində Tacikistana 60 milyon dollardan çox vəsait ayıracaq.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-ın Düşənbədəki səfirinin müavini Bridcet Walker bildirib.

Onun sözlərinə görə, Tacikistan ordusuna ümumilikdə 2,3 milyon dollar dəyərində səkkiz yük maşını və ehtiyat hissələri verilib.

“Bu ianə Tacikistan Silahlı Qüvvələrinə göstərdiyimiz yardımın yalnız bir nümunəsidir və Tacikistanın silahlı yaraqlılara qarşı özünü müdafiə qabiliyyətini artırmaq, narkotik ticarəti axınının qarşısını almaq öhdəliyimizi nümayiş etdirir”, – Walker deyib.

Diplomat əlavə edib ki, 1992-ci ildən bəri ABŞ hökuməti Tacikistana təlim proqramları, avadanlıq və infrastrukturu əhatə edən təhlükəsizlik sahəsində 330 milyon dollardan çox yardım edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Qazaxıstan sərhədlərinin monitorinqini asanlaşdırmaq üçün bu ölkəyə “Raven” pilotsuz uçuş aparatları verib.