ABŞ Ukraynaya sülhməramlılar göndərə bilər – Vensbackend

ABŞ Ukraynaya sülhməramlılar göndərə bilər – Vens

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya münaqişəni həll etməkdən imtina edərsə, ABŞ Ukraynaya sülhməramlılar göndərə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə vitse-prezident C.D.Vens deyib.

O qeyd edib ki, Vaşinqtonun həm iqtisadi, həm də hərbi rıçaqları var və bütün variantlar “danışıqlar masasında” qalır.

Vansın fikrincə, tərəflərin əldə edə biləcəyi razılaşma çoxlarını şoka sala bilər.

“ABŞ prezidenti Donald Tramp danışıqlar zamanı bəzi məsələlərlə bağlı fikrini dəyişə bilər”,  – Vens qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az