ABŞ və Kanada arasındakı sərhəd keçid məntəqələri partlayışa görə bağlanıbbackend

ABŞ və Kanada arasındakı sərhəd keçid məntəqələri partlayışa görə bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Kanadanı birləşdirən körpüdə avtomobil partladıqdan sonra sərhəd keçidləri bağlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Federal Təhqiqat Bürosunun (FTB) verdiyi açıqlamada Niaqara çayı üzərindəki Göy qurşağı körpüsündə partlayışın baş verdiyi və səbəbi açıqlanıb.

Sərhəd keçid məntəqəsinin səlahiyyətliləri, körpüdən keçən avtomobilin partlaması nəticəsində Göy qurşağı körpüsündəki keçidin və Kanadanın Ontario əyalətini ABŞ-ın Nyu-York əyalətinə birləşdirən digər 3 keçidin ehtiyat tədbiri olaraq bağlandığını açıqlayıb.

Sosial mediada paylaşılan foto və videolarda alovlar içində bir təhlükəsizlik məntəqəsinin görüntüləri əks olunub.