Bu gecə, noyabrın 27-də Yəmənin husi qruplaşmasının nəzarətində olan ərazilərdən ABŞ-nin “USS Mason” gəmisinə iki ballistik raket atılıb.
İnterpress.az-ın məlumatına görə, bu barədə ABŞ ordusu Mərkəzi Komandanlığından bildirilib.
Məlumatda hücum nəticəsində gəmilərdən heç birinə ziyan dəymədiyi qeyd olunub.
Eyni zamanda hadisənin “Central Park” tankerini ələ keçirən 5 silahlının həbsindən sonra baş verdiyi vurğulanıb.