Abşeronda avtomobilin vurduğu qadın xəstəxanada ölübbackend

Abşeronda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.

İnterpress.az xəbər verir ki, hadisə yanvarın 17-də Bakı-Şamaxı-Yevlax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı sakini, 1988-ci il təvəllüdlü Maxsud Muradov idarə etdiyi “Nissan Patrol” markalı avtomobillə piyada, paytaxt sakini, 1968-ci il təvəllüdlü Xanım İmanovanı vurub. Yaralı daha sonra Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

X.Muradova yanvarın 22-də orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.