Abşeronda kişini öz iti dişlədi, 53 yaşında quduzluqdan öldübackend

Abşeronda kişini öz iti dişlədi, 53 yaşında quduzluqdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda itin hücumuna məruz qalmış 53 yaşlı kişi quduzluqdan ölüb.

APA-nın məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, həyətində saxladığı it rayon sakini, 1967-ci il təvəllüdlü Bağiyev Mobruz Sabir oğlunu dişləyib.

Xəsarət alan şəxs hadisədən 20 gün sonra narahatlıq hiss edərək, xəstəxanaya müraciət etsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Müayinə zamanı M.Bağıyevin quduzluqdan öldüyü təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

 

İnterpress.az