Adanada ABŞ hərbçisinə qarşı təcavüz iddiası: iki şübhəli saxlanılıb
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Adana şəhərində İncirlik aviabazasında xidmət edən amerikalı qadın serjanta qarşı təqib iddiası ilə iki nəfər saxlanılıb.
İstintaqın ilkin məlumatına görə, hadisə şənbə günü İncirlik məhəlləsində yerləşən əyləncə məkanlarından birində baş verib.
Bildirilir ki, 41 yaşlı E.N. və 47 yaşlı Y.D. serjant K.S. ilə yaxınlaşmağa çalışıb və qadının uzaqlaşmaq istədiyi zaman ona təcavüz ediblər.
Zərərçəkənin şikayətindən sonra şübhəlilər polis tərəfindən saxlanılıb. Lakin ifadələri alındıqdan sonra onlar sərbəst buraxılıblar.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






