ADPU-nun kafedra müdiri vəfat edibbackend

ADPU-nun kafedra müdiri vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ADPU-nun Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Azadxan Adıgözəlov vəfat edib.

Bunu İnterpress.az-a mərhumun ailə üzvləri məlumat verib.

A.Adıgözəlov uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Azadxan Adıgözəlov Səfərxan oğlu 1940-cı ildə Şamaxı rayonunda dünyaya gəlib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. O, 1992-ci ildə Azərbaycan pedaqoqu, pedaqogika üzrə elmlər doktoru, 1993-cü ildə professor adlarına layiq görülüb. 2013-cü ildə Almaniyanın Honnover şəhərində Beynəlxalq Təbiət Elmləri Akademiyasının üzvü seçilib və həmin Akademiyanın ordeni ilə təltif olunub.