AEBA İranın 40 kq-dan çox zənginləşdirilmiş uran topladığını öyrənibbackend

AEBA İranın 40 kq-dan çox zənginləşdirilmiş uran topladığını öyrənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran 43 kq 60% zənginləşdirilmiş uran ehtiyatı toplayıb və bununla da əvvəllər hazırlanmış ehtiyatlara təxminən 20 kq əlavə edib.

Bu barədə “Bloomberg” agentliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rüblük hesabatına istinadən məlumat yayıb.

“İran heç bir məhdudiyyət olmadan 43 kq 60% zənginləşdirilmiş uran ehtiyatı toplayıb – son üç ayda 30% artım”, – hesabatda deyilir.

AEBA ekspertləri bildirirlər ki, ölkə hakimiyyəti İranın bir sıra obyektlərində aşkar edilmiş uran izlərinin mənşəyinin araşdırılmasını əngəlləməkdə davam edir. AEBA-nın rəhbəri Rafael Qrossi deyib ki İran texniki baxımdan etimad yaradacaq izahat verməyib.

Qərb mediası qeyd edib ki, hazırda ölkənin zənginləşdirilmiş uran ehtiyatları 2015-ci ildə müəyyən edilmiş limitdən 18 dəfə çoxdur. 15 may 2022-ci il tarixinə İranın sərəncamında 3,8 min kq-dan çox zənginləşdirilmiş uran var. Eyni zamanda, İran uranı ilkin razılaşmada nəzərdə tutulan 3,67%-lik həddi aşan səviyyəyə qədər zənginləşdirməyə davam edir.