AEBA rəhbəri: “Ukraynada bütün AES-lər enerji təchizatına çıxışı itirib”backend

AEBA rəhbəri: “Ukraynada bütün AES-lər enerji təchizatına çıxışı itirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı bütün atom elektrik stansiyaları tarixdə ilk dəfə söndürülüb.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi tviterdə məlumat yayıb.

R.Qrossi qeyd edib ki, Kiyevin nəzarətində olan Zaporojye, Rivne, Xmelnitski və Cənubi Ukrayna AES-ləri xarici enerji təchizatına çıxışını itirib.

Baş direktor əmindir ki, bir neçə ay bundan əvvəl belə görünməmiş vəziyyəti təsəvvür etmək belə mümkün deyildi və bu, ciddi narahatlıq doğurur.