Aİ: Azərbaycan vətəndaşları üçün Şengen vizasının rüsumu dəyişməyəcəkbackend

Aİ: Azərbaycan vətəndaşları üçün Şengen vizasının rüsumu dəyişməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Viza sadələşmə müqavilələri olan ölkələr üçün Şengen vizasının rüsumu dəyişməyəcək, 35 avro olaraq qalacaq.

İnterpress.az bildirir ki, bu barədə Şengen vizasının qiymətinin iyunun 11-dən etibarən 90 avroya qədər artırılacağı barədə  Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, Sloveniya Xarici İşlər Nazirliyi Avropa Komissiyasının Şengen viza rüsumlarını 12 faiz artıraraq 90 avroya çatdırdığını açıqlayıb. Bununla belə Avropa Komissiyasından hələlik heç bir açıqlama yoxdur, qərarın bu həftə sonu açıqlanması planlaşdırılır.

Bildirək ki, bundan əvvəl Şengen vizası üçün ödəniş 60 avro idi. Lakin Azərbaycan “Şərq tərəfdaşlığı” ölkəsi olduğu üçün vətəndaşları viza sadələşmə müqaviləsinə əsasən, 35 avro ödəyirdi./Report