Aİ-dən Rusiyaya növbəti ZƏRBƏ: Banklar, gəmilər və hərbçilər sanksiya siyahısına SALINIRbackend

Aİ-dən Rusiyaya növbəti ZƏRBƏ: Banklar, gəmilər və hərbçilər sanksiya siyahısına SALINIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının sədri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə təkliflərini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ursula fon der Leyen öz “X” hesabında məlumat yayıb.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə irəli sürülən təkliflərin detallarını ictimaiyyətə təqdim edib.

Yeni paketə əsasən, Ukraynaya qarşı müharibədə iştirak edən bütün Rusiya hərbçilərinin Avropa İttifaqına (Aİ) girişinin qadağan edilməsi, həmçinin “kölgə donanması”na aid 30 gəminin sanksiya siyahısına daxil olunması təklif edilir.

Əlavə olaraq bildirək ki, təkliflər paketinə mayeləşdirilmiş təbii qaz daşıyan tankerlərin satışına qadağa qoyulması, eləcə də Rusiya və üçüncü ölkələrdən 90 bank və kriptoplatformanın sanksiyaya məruz qalması daxildir.

Qeyd olunub ki, bu addım beynəlxalq tranzaksiyalar həyata keçirən və sanksiya altında olan Rusiya banklarının sayını ümumi sayın yarısına çatdıracaq.

Bundan başqa, aerokosmik sahədə istifadə olunan metal və ərintilərin ixracına məhdudiyyətlərin tətbiqi, bir sıra avtomobil komplektləşdirici və ehtiyat hissələrinin idxalına, o cümlədən treska balığının tədarükünə tam qadağa başda olmaqla, balıq məhsullarının idxalına yeni məhdudiyyətlərin gətirilməsi planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az