Aİ-dən Yunanıstana 42,4 milyon avro maliyyə yardımıbackend

Aİ-dən Yunanıstana 42,4 milyon avro maliyyə yardımı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində Avropa Birliyindən (AB) 42,4 milyon avro maliyyə alıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Avropa Komissiyası nizamsız miqrasiya ilə mübarizə üçün 258,9 milyon avroluq fövqəladə maliyyə yardımı edilməsinə qərar verib.

Komissiyaya təqdim edilən və təsdiqlənən iki təklif üçün ümumi məbləğdən 42,4 milyon avronu Yunanıstan maliyyələşdirib.

Yunanıstanın digər üzv ölkələr arasında “ən böyük məbləğdə” maliyyə təmin etdiyi bildirilir.

Digər tərəfdən, Sərhədsiz Həkimlər Təşkilatının noyabrın 1-də dərc etdiyi hesabatda Avropada daha yaxşı həyat axtaran insanların Yunanıstan səlahiyyətliləri tərəfindən əşyalarının müsadirə edilməsi, alçaldıcı rəftar, fiziki zorakılıq və məcburi geri qaytarma üsullarına məruz qaldığı vurğulanıb.