Aİ Şurası rəqəmsal Şengen vizası üçün yeni qaydanı təsdiqlədibackend

Aİ Şurası rəqəmsal Şengen vizası üçün yeni qaydanı təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Şurası Şengen vizalarının rəqəmsallaşdırılması üçün yeni qaydaları qəbul edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Aİ Şurasının qəbul etdiyi qərarla “rəqəmsal Şengen vizası” müraciətinin başlanması üçün siyasi proses tamamlandı və geriyə texniki tənzimləmələr qalıb.

Bu gün qəbul edilən qərarlar imzalandıqdan sonra Aİ-nin rəsmi jurnalında dərc olunacaq və 20 gün sonra qüvvəyə minəcək. Rəqəmsal viza müraciətlərinin nə vaxt başlayacağı viza platformasında texniki işlər tamamlandıqdan sonra elan ediləcək.

Mobil cihazlara endirilə bilər

AB-nin yeni tətbiqi qüvvəyə mindiyi zaman pasportlara yapışdırılan vizalar rəqəmsal olacaq və internet üzərindən 2D ştrix-kod olaraq veriləcək. Vizaları mobil cihazlara yükləmək olar. Viza üçün müraciət edənlər bir çox dillərdə onlayn viza tələb edə biləcəklər.

Yeni sistemlə müraciətlər vahid internet platforması üzərindən işlənəcək. Tələb olunan sənədlərin rəqəmsal surətləri bu platforma vasitəsilə yüklənəcək və viza rüsumu burada ödəniləcək.

Ərizəçilər bir neçə ölkəyə səfər etmək istəsələr, müraciətin hansı ölkə tərəfindən alındığı barədə məlumatlandırılacaqlar. Sistem Aİ ölkələrinin sərhəd idarəetmə sistemləri və məlumat bazaları ilə ahəngdar işləyəcək.

Yalnız ilk dəfə viza üçün müraciət edənlər, biometrik məlumatları etibarlı olmayanlar və yeni pasportları olanlar Şengen ölkələrinin konsulluqlarına getməli olacaqlar.