“Airbus A380” zolağa çatmadan YERƏ DƏYDİ: 351 sərnişin möcüzə nəticəsində XİLAS OLDUbackend

“Airbus A380” zolağa çatmadan YERƏ DƏYDİ: 351 sərnişin möcüzə nəticəsində XİLAS OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lufthansa” təyyarəsi Münxendə uçuş-enmə zolağına çatmadan yerə enib.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

“Lufthansa” aviaşirkətinə məxsus “Airbus A380” təyyarəsi Münxen hava limanında eniş edərkən uçuş-enmə zolağının başlanğıcından əvvəl torpaq sahəyə toxunub.

İnsident ötən gün baş verib və RTL telekanalının xəbərindən sonra “Lufthansa” məlumatı təsdiqləyib.

Təyyarənin göyərtəsində 351 sərnişin olub. Onların hamısı təyyarəni sərbəst şəkildə tərk edə biliblər, xəsarət alan olmayıb.

“Lufthansa” vaxtından əvvəl enişin səbəbləri və təyyarənin mümkün zədələnmələri barədə hələlik digər təfərrüatları açıqlamayıb.

Xuraman Etibarlı

İnterpress.az