Alabamada COVID-19-dan ölənlərin meyitlərinin saxlanması üçün yer qalmayıbbackend

Alabamada COVID-19-dan ölənlərin meyitlərinin saxlanması üçün yer qalmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Alabama ştatında koronavirusdan ölənlərin meyitlərinin saxlanması üçün yer qalmayıb, səlahiyyətlilər mobil soyuducuların yarısından istifadə etmək məcburiyyətində qalıblar.

“Bu cür addımlar, adətən, kütləvi qəza hallarında, məsələn, eyni anda çox sayda meyit olanda həyata keçirilir. Əslində bu, hazırda Alabamadakı xəstəxanalarda baş verən dəhşətli vəziyyətdir”, – Cons Hopkins Universitetindən olan Skott Harris deyib.

Onun sözlərinə görə, hazırda ABŞ-da koronavirusla bağlı çox çətin vəziyyət yaranıb – son bir həftə ərzində 14 ştatda ölüm halları 50%, digər 28 ştatda isə 10% artıb.

“Ölənlərin sayı o qədər çoxdur ki, meyitləri yerləşdirmək üçün yer tapılmır. Həqiqətən böhran vəziyyətindəyik”, – Harris sözlərinə əlavə edib.