Kosmik alimlər ABŞ-ın Yuta ştatında Yerə Samanyolu Qalaktikasının o tayından gəldiyi düşünülən olduqca nadir və ultra yüksək enerjili hissəcik aşkar ediblər. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. CNN-in məlumatına görə, Yutanın Qərb səhrasında yerləşən “Teleskop Array” Kosmik şüalar rəsədxanası tərəfindən müəyyən edilən hissəcik Yapon mifologiyasındakı günəş ilahəsindən ilhamlanaraq “Amaterasu hissəciyi” adlandırılıb.
Araşdırmada, adi gözlə görülməyən atomaltı hissəciyin enerjisinin bel səviyyəsindən ayaq barmağına bir kərpic atmağa bərabər təsir göstərə biləcəyi açıqlanıb.
Bildirilib ki, zərrəciyin enerjisi indiyə qədər müşahidə edilən və 1991-ci ildə aşkar edilmiş ən güclü kosmik şüa olan “Oh-my-God-OMG” (Oh-my-God-OMG) dan sonra ikinci yerdədir.
Araşdırmada Günəşdən aşağı enerjili kosmik şüaların yayıldığı, lakin son dərəcə yüksək enerjili nadir kosmik şüaların digər qalaktikalardan və Süd Yolu Qalaktikasından kənar mənbələrdən Yerə çatdığı qeyd edilib.