“Allah pandemiyanın evini yıxsın, dünyanı, yaşamağı mənasız ediblər…”backend

“Allah pandemiyanın evini yıxsın, dünyanı, yaşamağı mənasız ediblər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Özümü heç yaxşı hiss etmirəm, səhər tezdən eşitdiyim Fikrətin ölüm xəbəri məni sarsıtdı. o mənim tələbə yoldaşım, əziz qardaşım, Azərbaycanın fəxri idi. Gözəl insan idi, təsəvvür etməyəcəyiniz qədər yaxşı xüsusiyyətlərə malik idi. Biz ara-sıra bir-birimizlə əlaqə saxlayırdıq. Təxminən 10 gün əvvəl zəngləşib, danışdıq. Dedi ki, yaxşıyam, heç özü də gözləmirdi öləcəyini”
Bu sözləri Xalq şairi Nəriman Həsənzadə deyib. O daha sonra əlavə edib.
“İndi pandemiya dövrüdür, dostlarımızla görüşə bilmirik. Allah pandemiyanın evini yıxsın. Dünyanı, yaşamağı mənasız ediblər. İnsanlar özlərindən şübhəli yaşayırlar. Fikrət o dostlardan idi ki, darıxanda tez-tez zəng edib, hal-əhval tuturdu. Bayaq Anar müəllimə zəng etdim, dedi ki, 1-ci Fəxri Xiyabanda dəfn olunacaq. Cavanlığımız, gəncliyimiz birlikdə keçib, biz eyni nəslin nümayəndəsiyik. Ümummilli lider Heydər Əliyev bizi özü ilə tədbirlərə, səfərlərə aparardı. Cocuq Mərcanlıya da onunla birgə səfər etmişdim. Bir sözlə, çox ağır itkidir, mən özümü Fikrətsiz təsəvvür etmirəm” deyə Nəriman Həsənzadə bildirib

 

İnterpress.az